Prodüsser: “Başqasının evini yıxmaqla, öz yuvanı qura bilməzsən”

Prodüsser: “Başqasının evini yıxmaqla, öz yuvanı qura bilməzsən”

Xəbər verdiyimiz kimi, müğənni İradə İbrahimovanın bacısı, tanınmış vizajist Nigar İbrahimovanın toy mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, vizajist Ruslan adlı bəylə ailə həyatı qurub.

Gecədə şou-biznes nümayəndələri də iştirak edib. Onlar arasında müğənnilərdən Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Mətanət İsgəndərli, Lalə Məmmədova, Sərxan Kərəmoğlu, İradə İbrahimova, Humay Qədimova, Natəvan Həbibi, Röya, Samira, Aysel Əlizadə, Bahar Lətifqızı, meyxanaçı Namiq Qaraçuxurlu, rəqqasələrdən Fatimə, Oksana, prodüser Tolik, bəstəkarlardan Nazim Məmmədov, Murad Arif, aparıcı Nərgiz Cəlilova və başqaları iştirak edib.

Bir çox məşhur simaların qatıldığı el şənliyində türkiyəli rəqqasə Didəm də iştirak edib.

Gecəni Afaq Gəncəli və müğənni Elton Hüseynəliyev idarə edib.

Nəzərinizə çatdıraq ki, Nigar və Ruslan cütlüyünün toyundan narazı qalanlar da olub. Prodüser Tolik bu haqda sosial şəbəkədə yazaraq bəyin birinci nigahından söz açıb: "Milləti yığıb, toy etməklə deyil. Başqasının evini yıxmaqla, öz yuvanı qura bilməzsən. Çünki oğlanın gül kimi ailəsi, iki övladı var. Övladlarının anasını atan oğlan bir gün səni də yarı yolda qoya bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə