Xalq artisti Aygün Kazımova müğənni Sevda Yahyayeva ilə birgə duet oxuyacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədə məlumat verib: "Aygün Kazımova Sevda Yahyayeva ilə duet oxuyacaq. Bu, bir ilkdir. Aygün Kazımova bu vaxta qədər heç bir qadın müğənni ilə duet oxumayıb. Əgər siz bir nəfərlə olan dueti demək istəsəniz, nəzərinizə çatdırım ki, o oxunmuş mahnı olub, sadəcə sözləri dəyişilib. Bu həm də Emin Musəvinin verilişinin reytinqi xətrinə yazılan bir duet idi. Amma Aygün və Sevdanın ifa edəcəkləri mahnı bütünlüklə yeni olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB