“Mənim dünyam” filmi ümidləri doğrultmadı

“Mənim dünyam” filmi ümidləri doğrultmadı

Türkiyənin məhşur aktrisası Beren Saatın baş rol oynadığı "Mənim dünyam" filmi ilk 3 gün ərzində ümidləri doğrultmayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Uğur Yücelin rejissorluq etdiyi kinonu təqdimatdan sonra cəmi 186 min nəfər izləyib. Bu rəqəm proqnozlaşdırılan göstəricidən xeyli aşağı olub.

Nəzərinizə çatdıraq ki, sözügedən film Türkiyənin 400 kino mərkəzində nümayiş olunub.

Qeyd edək ki, Türkiyədə ilk 3 gündə ən çox izlənilən filmlər müvafiq olaraq "Receb İvedik 2" (1 mln 209 min nəfər), "Fetih 1453" (1 mln 161 min nəfər) və "Receb İvedik 3" (1 mln 153 min nəfər) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə