“Müğənniliyə xobbi kimi baxıram” FOTOLAR

“Müğənniliyə xobbi kimi baxıram” FOTOLAR

Tarzən və müğənni Humay Qədimova yaradıcılığından söz açıb. O, tarın ona müğənnilikdən daha çox yaxın olduğunu söyləyib. Bu haqda SİA-ya açıqlama verən Humay ifaçılığa hobbi kimi baxdığını da dilə gətirib: "Tar mənə çox yaxındır. Çünki bu ixtisas üzrə daha çox çalışıb uğurlar əldə etmişəm. Eyni zamanda da məni hər kəsə qara tar tanıdıb. İfaçılığıma gəldikdə isə, o da öz axarı ilə davam edir. Onu da deyim ki, müğənniliyə hobbi kimi yanaşsam da çalışıram ki, mahnını doğru oxuyub tamaşaçılara çatdıra bilim. İfa etdiyimi hər bir musiqinin arxivini araşdırıram. Hətta sənət yoldaşlarımdan belə məsləhət alıram. Bir sözlə, ifa etdiyimi bəstələrə məsuliyyətsiz yanaşmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə