Bakı şəhəri, "AF Hotel & Aqua Park" Ailəvi İstirahət Mərkəzində Novitas Group MMC, AR Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Peyntboll Assosiasiyası və "Sportsman" jurnalının təşkilatçılığı ilə Azərbaycan Respublikası Müstəqillik Günü və cənab Prezident İlham Əliyevin seçkilərdəki qələbəsinə həsr olunmuş mətbuat nümayəndələri və tanınmış estrada ulduzlarının iştirakı ilə "İlhamlı Qələbələr" adlı ilk peyntboll turniri keçirilib. SİA-nın verdiyi xəbərə görə, turnirin açılış mərasimində AR Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, digər yüksək vəzifəli şəxslər və iş adamları iştirak ediblər. Yarışın açılışını Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov edərək bütün iştirakçılara uğurlar diləyib.
Yarışdakı 4 komandanın tərkibində 8 iştirakçı olub. Birinci komandaya müğənnilər, aktyorlar və bəstəkarlar, ikinci komandaya televiziya müxbirləri, üçüncü komandaya internet jurnalisləri, dördüncü komandaya isə aparıcılar qatılıb. Yarışda ümumilikdə 4 oyun, sonda isə qalibləri müəyyən etmək üçün duellər keçirilib.
Yarışmanın sonunda Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Bakı Şəhəri Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək qalibləri təbrik edib.
İlk 3 yeri tutmuş iştirakçılar turnirin xüsusi diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıb. I yer Yurd TV-dən Leyla Abdullayeva, II yerə Lider TV-dən Adil Rasimoğlu, III yerə Xəzər TV-dən Məcid Hüseyinov layiq görülüb.
Qeyd edək ki, mükafatlandırma mərasimindən sonra şou proqram baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB