Sənətçinin konsert keçirməməyinin səbəbi bəlli oldu

Sənətçinin konsert keçirməməyinin səbəbi bəlli oldu

Azərbaycanlı müğənni Lamiyə Novruzova yeni mahnılar üzərində çalışır. Sənətçi yaxın vaxtlarda klip çəkdirməyi də planlaşdırır. Bu haqda SİA-ya açıqlama verən Lamiyə hələ ki, konsert vermək haqqında düşünmür: " "Bitərsə-bitsin" adlı mahnımdan sonra yenidən bəstəkar Pərviz Mahmudova müraciət edəcəm. Ondan əlavə bir çox bəstəkarlarla iş birliyim olacaq. Nəzərdə tutduğum yeni mahnılarıma da klip çəkdirməyi düşünürəm. Yetərincə mahnım olmadığı üçün konsert keçirməyi planlaşdırmıram. Eyni zamanda, mənim üçün hələ tezdir. Onu da deyim ki, mənim verəcəyim konsert möhtəşəm olmalıdır və buna maddi vəsait lazımdır. İnşallah, yaxın vaxtlarda konsert də keçirərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə