“Bakım mənim”

Müğənni Eyyub Yaqubovun "Bakım mənim" adlı yeni klipi işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, ekran işi rejissor Faiq Kərimoğluna həvalə olunub. Klipdə Elçin İmanov və qarmon ifaçısı Ənvər Sadıqov iştirak edib. "Bakım mənim" adlı klip paytaxtın görməli yerlərində lentə alınıb.

Qeyd edək ki, mahnının musiqisi Elçin İmanova, sözləri Vahid Əzizə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə