Röya oğlunun 4 yaşını qeyd etdi

Estrada müğənnisi Röya oğlu Hüseynin 4 yaşını yaxınları ilə birgə keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu münasibətilə restoranların birində qonaqlıq təşkil edib. Səbəbkara bir çox hədiyyələr təqdim olunub. Onlar arasında cizgi film qəhrəmanlarının əks olunduğu və üzərində "Hüseyn 4 yaş" yazılan tortlar da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə