Bahar Lətifqızı qızına mahnı həsr etdi

Bahar Lətifqızı qızına mahnı həsr etdi

Müğənni Bahar Lətifqızı yeni mahnı üzərində çalışır. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Bu yaxınlarda qızımın doğum günü olacaq. Buna görə də ona hədiyyə olaraq yeni bəstə yazdırdım. Mahnının musiqisi Fidan Süleymanovaya, sözləri gənc şair Anar Məmmədova məxsusdur. Hələ ki, nəğmənin adını tam dəqiqləşdirməmişik. Amma qızımın adı Sevgi olduğu üçün çox güman ki, "Sevgi qızım" adlandıracam".

Qeyd edək ki, ifaçı bu gün Rusiyanın Kalininqrad şəhərinə yola düşür. Sənətçinin oraya getməsinə səbəb Kalininqrad da yaşayan həmvətənlərimizdən birinin toy məclisində iştirak etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə