Aktrisa keçmiş sevgilisini görmək istəmədi

Aktrisa keçmiş sevgilisini görmək istəmədi

Keçmiş sevgililər aktrisa Fahriya Evcenlə müğənni Özcan Denizin mərasimlərin birində üz-üzə gəlmək ehtimalları yaranıb. SİA-nın verdiyi xəbərə görə, baş rollarını Özcan Denizlə Fahriye Evcenin bölüşdüyü "Evim sensin" filmi 22-ci Manhaym türk filmləri festivalında nümayiş olunub. Özcan Deniz nümayiş üçün Almaniyaya getsə də, Evcen Almaniyada olduğu halda keçmiş sevgilisinin qatıldığı tədbirdə iştirak etməyib.

Qeyd edək ki, 2012-ci ildən 2 milyon 700 min adam tərəfindən izlənilən "Evim sensin" filminin baş rol ifaçıları həmin dövrdə sevgi münasibətində olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə