Meyxana ustası Namiq Qaraçuxurlu ayağından zədə alıb. Bu haqda SİA-ya Namiq Qaraçuxurlunun prodüseri Ataş Hüseynov məlumat verib: "Namiq "Toy gecəsi" serialının çəkilişi zamanı ayağını əzib. Ayağı burxulduğu üçün çəkilişi yarımçıq qoymaq məcburiyyətində qaldı. İndi yaxşıdır. Ancaq bir az axsayır".
Qeyd edək ki, prodüser Ataş Hüseynov Namiqin bundan sonra "Toy gecəsi" serialında çəkilib-çəkilməyəcəyi haqda heç bir məlumatı olmadığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB