Xalq artisti “Azərbaycan bayrağı”na klip çəkdirir

Xalq artisti “Azərbaycan bayrağı”na klip çəkdirir

Xalq artisti Aygün Kazımova daha bir mahnısına klip çəkdirəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Azərbaycan bayrağı" adlı bəstəni ekranlaşdıracaq.

Nəzərinizə çatdıraq ki, xalq artistinin sözügedən klipi Bakıda çəkiləcək. Mahnının sözləri Tural Bayramovun, musiqisi isə Zərifə Quliyevanındır.

Qeyd edək ki, Aygün Kazımovanın "Azərbaycan bayrağı" adlı mahnısının çəkilişləri dekabr ayında yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə