Humay: “Namizədim yoxdur”

Tarzən və müğənni Humay Qədimova şəxsi həyatından danışıb. Humay hələ ki, ailə qurmağı fikirləşmir. SİA-ya açıqlama verən tar ifaçısı namizədinin olmadığını deyib: "Hələ ki ailə qurmağı düşünmürəm. Yaxın gələcəkdə də gözlənilmir. Təbii ki, mən də istəyirəm ki, ailəm olsun. Çox ailəcanlı xanımam. Ancaq təəssüf ki, namizədim yoxdur. Onu da deyim ki, şou-biznes nümayəndələrinin həyat tərzi çox fərqlidir. Evdə çox az-az hallarda olurlar. Ona görə də bizə ailə qurmaq çətindir. Gərək seçimimi elə edim ki, gələcəkdə problemlərlə qarşılaşmayım. Xüsusilə vurğulayım ki, gəlin köçdükdən sonra da səhnədən uzaqlaşmağı düşünmürəm. Çünki sənətimi çox sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə