Azərbaycanlı müğənni Ələkbər 35 yaşı olmasına baxmayaraq, hələ də uşaq olduğunu deyib. Sənətçi özünü uşaq kimi hiss etdiyindən gec ailə qurmaq istəyir. Bu haqda SİA-ya açıqlama verən Ələkbər bunları deyib: "Mən hələ böyüməmişəm, uşağam. Özümü 19 yaşlı oğlan kimi hiss edirəm. Onu da deyim ki, gec ailə qurmağım yəqin ki, çox ölçüb biçməyimdən irəli gəlir. Bəzən şou-biznesdə həmkarlarım tələsik ailə qurur və toydan 3 ay keçməmiş boşanırlar. Ümumiyyətlə, şou-biznesdə son vaxtlar saxta evliliklər çoxdur. Xüsusilə nəzərinizə çatdırım ki, müğənni xanımla heç vaxt ailə qurmaram. İnşallah, yaxın vaxtlarda məni də bəylik kürsüsündə görəcəksiniz. Sevdiyim xanım var. O, mənim bu həyatda yeganə varlığımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB