Azərbaycanlı müğənni Lamiyə Novruzova ailə qurmaq istədiyini deyib. O, özünə yaxın vaxtlarda vağzalı çaldırmağı planlaşdırır. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Mən də vağzalı mahnısının sədaları altında gəlin köçmək istəyirəm. Bu, məncə hər bir gənc qızın arzusudur. Onu da deyim ki, 27 yaşım var. Yaş da öz sözünü deyir. Hələ ki, namizədim yoxdur, amma inşallah, yaxın zamanlarda olar".
Lamiyə "Bitərsə-bitsin" mahnısını ifa etdikdən sonra həyatında dəyişikliklər olduğunu söyləyib: " "Bitərsə-bitsin" bəstəsini oxumamışdan öncə hər zaman ağlayırdım. Sözügedən mahnını ifa etdikdən sonra həyatımda dəyişiklik baş verdi. Bu da mənə dərs oldu (gülür)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB