Teleaparıcı 30 yaşını qeyd etdi

Teleaparıcısı İlkin Həsəni dostlarını başına yığaraq özünə dəbdəbəli ad günü keçirib. SİA-nın verdiyi xəbər görə, gecədə maraqlı anlar yaşanıb. İlkinə doğum günündə özbək libası hədiyyə olunub.

30 yaşını qeyd edən teleaparıcını şou-biznes nümayəndələri də təbrik edib. Onlar arasında aparıcılar Afaq Gəncəli, Şəhriyar Əbilov, Samir Bayramlı, rejissor Kənan M.M, müğənni Aysel Əlizadə, repçi Elşad Xose, rəqqasə Oksana və digər tanınmış simalar iştirak edib.

Qeyd edək ki, İlkin Həsəninin ad günü gecəyə təşrif buyuran qonaqların zarafatları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə