Gənc müğənni Elvin Babazadə "Əzizim ana" mahnısına çəkdirdiyi klipini təqdim edib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Mahnının musiqisi israilli Dudu Aharona aiddir. Bu mahnını İsraildə ilk dəfə mən ifa etmişəm və tamaşaçılar tərəfindən böyük rəğbət qazanıb. Sonradan düşündüm ki, mahnını tamaşaçılara Azərbaycan dilində də təqdim edim. Buna görə də mahnıya Azərbaycan dilində sözlər yazdım. Klipi artıq tamaşaçıların ixtiyarına verdik. Ümid edirik ki, bəyənərlər".
Qeyd edək ki, klipdə ana rolunu canladıran qadın ifaçının öz anasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB