Bu gün sevilən teleaparıcı İlkin Həsəninin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, onu bu münasibətlə şou-biznesin bir çox tanınmışları təbrik edib. Məhşur simalar arasında xalq artisti Faiq Ağayev İlkini təbrik edərək ilk tanışlıqlarından söz açıb: "11 il öncə 106 FM-də "Ola bilməz" adlı verilişim yayımlanırdı. DJ-lik edirdim. Günlərin bir günü studiyaya xəbərləri oxumaq üçün həyəcan və təlaş işində cavan oğlan daxil oldu. Salamlaşdı. Məndə kreslonu və mikrafonu ona ötürdüm. Tərbiyyəli, gülərüz, utancaq biri idi. Daha sonra "Ayrılma məndən" klipimdə baş rolda oynamağını təklif etdim. Bu işdə mənə rejissor Kənan MM-də kömək oldu. İllər keçdi və o, indi teleməkanımızın ən sevilən simalarındandır. Sevinirəm. İlkin Həsəni, ad günün mübarək!"
Teleaparıcını doğum günü münasibəti ilə prodüsser Təranə Səmədova da təbrik edərək, ünvanına xoş sözlər deyib.
Qeyd edək ki, teleaparıcı İlkin Həsəni 1983-cü ildə oktyabr ayının 21-də anadan olub. O, Nəsimi rayonu 35,164 məktəblərində rus, son 3 sinifi isə Nərimanov rayonunda 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb. 2000-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin kinooperator fakültəsinə daxil olub, 2000-2001 illərdə foto sənətinə yiyələnib. 2001-ci ildən TV rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan ailəsinin bir üzvüdür.106Fm radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayan İlkin Həsəni,1 ildən sonra özünü TV aparıcı qismində sınamağa başlayıb. "Virtual Time" (106Fm), "Çox Maraqlı", "ATV Maqazin", "Yeni Ulduz", "Sözüm Var", "Bizim Səhər", "Xalq Ulduzu", "AutoTime" kimi verlişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir. 2006-2007-ci illərdə Sərhəd Qoşunlarında hərbi xidmətdə olub və xidmətini baş çavuş rütbəsi ilə başa vurub. Hazırda isə subaydır.
Bizdə öz növbəmizdə İlkin Həsənini ad günü münasibəti ilə təbrik edirik!

.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB