Ukraynalı müğənni Bakıya gəlir

Ukraynalı müğənni Anna Sedokova Bakıya gələcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı noyabr ayında Azərbaycana gələrək konsert verməyi düşünür. Sözügedən konsert noyabr ayının 16-da "Opera sky"da gerçəkləşəcək.

Qeyd edək ki, Anna Sedokova "VİA Qra" qrupunun solisti olub, bir müddət aparıcı və aktrisa kimi də fəaliyyət göstərib. Hazırda isə o solo karyerasını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə