Daha bir tanınmış cütlük boşanır. SİA-nın verdiyi xəbərə görə, romantik cütlük 44 yaşlı Cenifer Lopez və 26 yaşlı rəqqas sevgilisi Kasper Smart ayrılmaq qərarına gəliblər. Bu haqda uzun zamandır söz-söhbətlər getsə də dəqiq deyildi. Məsələ haqda cütlüyün yaxın dostu məlumat verib: "Kasperin Lopezin evində yaşaması və pul qazanmaması sənətçini çox narahat edirdi. Buna görə də onlar tez-tez çox dalaşırdılar. Odur ki, Cenifer qərara gəldi ki, sevgilisini evdən qovsun. Hətta Cenifer Lopez "Sən bu evə heç nəsiz gəlmisən, heç nə siz də gedəcəksən!", - deyərək Kasperə qapını göstərib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB