Demet Akalın: "Hamilə qadını ağlatmağa utanmır"

Demet Akalın: "Hamilə qadını ağlatmağa utanmır"

Ana olmağa hazırlaşan Demet Akalını məhşur müğənni Ebru Gündeş ağladıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Demet həmkarı Ebrunun mahnısını dinlədikdən sonra özünü saxlaya bilməyərək ağlayıb. Bununla kifayətlənməyən Demet hətta "Twitter"də Ebruya bu sözləri yazıb: "Ebru Gündeş hamilə qadını ağlatmağa utanmır. Mahnını çox gözəl oxudu. Allah səni həyat yoldaşına, səsini də bizə bağışlasın".

Qeyd edək ki, "O Ses Türkiye" müsabiqəsinin əsas münsiflərindən biri məhz Ebru Gündeşdir. Əksər iştirakçıların əsas arzusu da Ebru Gündeşin tələbəsi olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə