Xəbər verdiyimiz kimi, azərbaycanlı model Günay Musayevanın və əri Tolqa Karelin evi qarət olunub. SİA-nın verdiyi xəbərə görə, hadisə Tolqanın diqqətsizliyi ucbatından baş verib. Belə ki, aktyor həmin gecə evin şüşə qapılarından birini kilidləməyi unudub. Üstəlik evdə təhlükəsizlik kameralarının və siqnalizasiya sisteminin işləmədiyi məlum olub.
Qeyd edək ki, oğurluq hadisəsi 2 ay əvvəl Günay və Tolqa yatarkən baş verib. Evə daxil olan soyğunçular Günay Musayevanın zinət əşyaları və pasportu olan kassanı, 8 min lirə (3200 AZN) pulu, iki noutbuku və Tolqanın "Mersedes" markalı avtomobilini oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB