ORadio.az - İnternet Radiosunun 2 yaşı və Azərbaycanın Müstəqillik Günü münasibətilə "METROPARK" Ticarət Mərkəzində möhtəşəm şou-proqramı təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, mərasimdə qonaqlar məhşur müğənnilərin canlı ifasını dinləməklə yanaşı, müxtəlif hədiyyələr qazanmaq imkanına da malik olublar.
Əyləncələrlə zəngin tədbirdə şou-biznes əhli də iştirak edib. Onlar arasında müğənnilərdən İlahə İbadova, Humay Qədimova, Günay İbrahimli, Yaşar Yusub, Aysel Əlizadə, Lamiyə Novruzova, Roza Zərgərli, Leyla Ramazanlı, Sevil və Sevinc bacıları, Anar və başqaları iştirak edib.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB