Xalq artisti: “Var olsun Azərbaycan!”

Xalq artisti: “Var olsun Azərbaycan!”

Xalq artisti Faiq Ağayev Moskvada konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, gecənin aparıcısı da elə özü olub: "Bu axşam Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi tərəfindən Moskvada təşkil edilən, 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ziyafətdə, aparıcı və əsas sənətçi olaraq ansambılımla çıxış etdim. Bir daha musiqimizin nə kimi möcüzəvi təsir gücünə malik olduğunun şahidi oldum. Rusiya, digər xarici ölkələrin siyasi və ictimai xadimlərinin, məhşur sənət adamlarının konsert zamanı açıq-aydın valeh olması məni qürurlandırdı. Fəxr edirəm ki, zəngin Azərbaycan incəsənətinin bir damlası və zərrəsiyəm. Bayramınız mübarək, əziz soydaşlarım! Var olsun Azərbaycan!".

Bütün xəbərlər Facebook səhifəmizdə