Bu həftənin şənbə günü "Bozbash Pictures" komandası bizim qarşımıza gələcək. SİA-nın verdiyi xəbərə görə, Şəmi rolunda İlkin Həsəni, Şöşü rolunda Ramil Babayev, Fəlakət rolunda Elşən Orucov, Əzəmət rolunda Azər Baxşəliyev, Şirin rolunda isə Nicat Rəhimov iştirak ediblər.
Sözügedən serialın bu bölümü Sabirabadda çəkilib. "Bozbash Pictures"in sevilən aktyorları Şəmi və Şöşü qarpızdan zəhərlənən müğənni Röyanı bu vəziyyətə salanları tapmaq üçün Sabirabada üz tuturlar. Axtarışlarının sonunun nə ilə nəticələndiyini bilmək istəyirsinizsə, oktyabrın 19-u, saat 23:00-da "Bozbash Pictures Sabirabad"ı ATV telekanalında izləyəməyi unutmayın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB