Konsertdə 3 bir arada qeyd olunacaq

Xalq artisti Aygün Kazımovayla qardaş ölkənin ifaçısı Sinan Akçılın Bakı konsertinin vaxtı müəyyənləşib. SİA-nın verdiyi xəbərə görə, konsert proqramı noyabr ayının 8-də baş tutacaq. Konsert "Hollivud" restoranında həyata keçəcək. Hər iki ölkənin sevilən sənətçilərinin konsertinin təşkilatçısı Nahid Emiloğludur.

Qeyd edək ki, konsert proqramı Bayraq günü ilə eyni gündə keçiriləcək. Eyni zamanda həmin gün Nahidin 35 yaşı və "Səs" prodakşının yaranmasının 10 illiyi qeyd olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə