"Super star"ın vəsiyyəti hamını təəccübləndirdi

"Super star"ın vəsiyyəti hamını təəccübləndirdi

Türkiyənin "Super star"ı Ajda Pekkan öz vəsiyyətini açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçının vəsiyyəti hamını təəccübləndirib. Belə ki, sənətçi "Məni heyvan qəbiristanlığında basdırın" söyləyib. Qurban bayramı ərəfəsində yaranan görüntülərdən sarsılan müğənni belə bir qənaətə gəlib: "Bütün müsəlmanların bayramını təbrik edirəm. Ancaq mən bunu bayram kimi qəbul etmirəm". Ajda Pekkanın bu nəticəyə gəlməsinə səbəb isə hər zaman sahibsiz heyvanlara maddi yardım göstərməsi olub: "Mən Qurban kəsmirəm. Əvəzinə isə başqa xeyriyə işləri ilə məşğul oluram. Vegeterian deyiləm. Amma heyvanların yanında basdırın deyəcək qədər də onları çox sevirəm".

Qeyd edək ki, Ajda Pekkan öz mənzilində ən azı 10 pişik və 3 it saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə