Türkiyədə 11 nəfər narkotik maddə alqı-satqısında ittiham edilir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onlara 7,5 ildən 22,5 ilə qədər həbs cəzası verilə bilər.
Nəzərinizə çatdıraq ki, müttəhimlər arasında modelyer Hakan Akkaya da var. İddiaya görə, o, narkotik maddə alaraq onu digər şəxslərə paylayıb və parti təşkil edib. Akkaya isə ifadəsində narkotik maddədən istifadə etdiyini, lakin onu heç kimə vermədiyini bildirib.
Qeyd edək ki, məhkəmə işi bir neçə gün sonra İstanbul Ağır Cinayətlər Məhkəməsində aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB