Azərbaycanlı müğənni Nadir Qafarzadə Dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə qurban kəsib. Təəssüratını SİA ilə bölüşən müğənni bu günün əhəmiyyətindən söz açaraq, müsəlman xalqının bayramını təbrik edib: "Hər il bu bayramı sevə-sevə qeyd edirəm. Bu müqəddəs gün münasibəti ilə bütün müsəlman dünyasının qurban bayramını təbrik edirəm. Allah hər bir ailəyə ruzi-bərəkət və can sağlığı versin. Artıq bir neçə saat olar ki, qurbanlıq qoçlar kəsdirib, evə gəldim. Səhər saatlarından bu gün münasibəti ilə bir neçə ailələrə baş çəkdim. Köməkçimə də tapşırdım ki, kəsdiyim qurbanlıqdan bir neçə ailəyə də göndərsin".
N.Qafarzadə daha sonra bildirib ki, Qurban bayramı münasibəti ilə ona hədiyyələr və bayram sovqatları da göndəriblər: "Artıq ötən gündən hədiyyələr qəbul eirəm. Bir neçə tanış insanlar və özəl şirkətlərdən bayram sovqatı göndəriblər. Hətta toyunu idarə etdiyim bir bəy də mənə qurbanlıq qoç hədiyyə edib. Əlbəttə, bütün bu diqqətlər məni sevindirməyə bilməz. Bu diqqəti mənə ayıran insanlara dərin minnətdarlığımı bildirirəm".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB