Azərin vətənə döndü

Azərbaycanın əməkdar artisti Azərin Türkiyədə solo konsert proqramları ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, Azərin əvvəlcə Antalyada, daha sonra Hatay vilayətində maraqlı repertuarla türkləri bu dəfə də heyrətləndirə bilib. Konsert proqramlarında Azərbaycan sənətçisi diplom və mükafatlara layiq görülüb.

Məlumat üçün onu da qeyd edək ki, konsert proqramlarından sonra Azərin Bakıya qayıdır. Təxminən 10 gün vətəndə qalacaq sənətçi bu müddətdə bəzi proqramların qonağı olacaq. Azərbaycanın bir neçə bölgəsində də konsert proqramları ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə