Daha bir müğənni səhnədən getdi FOTOLAR

Daha bir müğənni səhnədən getdi FOTOLAR

Şou-biznesdə son vaxtlar iddialı açıqlamalar verib tez biz zamanda populyarlaşan müğənni Orxan Babazadə qəfildən sənətlə vidalaşmaq qərarına gəlib. Bu haqda Orxanın özü SİA-ya açıqlama verib: "Uzun zamandır ki, səhnədən getmək istəyirdim. Çox böyük biznesə başlayıram və bu iş demək olar ki bütün vaxtımı alır. Məni tanıyanlar bilir ki, mən biznesmen övladıyam və təbii ki ailəmin yolunu davam etdirməliyəm. Elə düşünürəm ki, Orxan Babazadəni ifaçı kimi azdan-çoxdan tanıdılar. İndi isə özümü biznesmen kimi sübut etməyi düşünürəm. Onsuz da hər kəs bilir ki, mən toylara getmirdim. Çünki buna ehtiyacım yox idi. Sənət doslarıma və şou-biznesdə olan hər kəsə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə