“Səndən başqa”

Aysel Əlizadə vəd etdiyi "Səndən başqa" adlı yeni klipi üzərində çalışır. Türkiyədə ekran həyatı görən sənətçinin "Səndən başqa" adlı mahnısının rejissoru Teoman Topçudur. Bundan öncəki "Ulduzlar" klipini həmin rejissora həvalə edən Aysel Əlizadə işindən məmnun qaldığı üçün yenidən həmin rejissora üstünlük verib. Bu haqda SİA-ya müğənninin özü danışıb: " "Səndən başqa" ekran işi ayrılıqdan bəhs edir. Mahnının sözlərində və klipin sujetində düşündürən məqamlar çoxdur. Heç kimə ayrılıq arzu etmirəm. Lakin hər bir insanın həyatında belə məqamlar qaçılmazdır. Sözügedən mahnı meşədə lentə alınıb. Klipi maraqlı edən anlardan biri də atın olmasıdır. Çəkiliş prosesində Teomanla fikirlərim üst-üstə düşdüyündən uğurlu kadrlar əldə edə bildik".

Qeyd edək ki, "Səndən başqa" adlı mahnının sözləri Leyliyə, musiqisi isə İlkin Həsəniyə məxsusdur. Klipin yaxın günlərdə təqdimat keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə