Türkiyənin tanınmış aktyoru, Azərbaycan tamaşaçılarının "Deli Yürek" serialında "Turqay Atacan", "Kurtlar Vadisi Pusu" serialında Şeref Zazaoğlu obrazıyla tanıdığı Əli Sürmeli barəsində məhkəmə həbs qərarı verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor sevgilisi Sultan Ertuğrulu qəsdən yaralamaq cinayəti ilə 4 aydan 1 ilə qədər həbs tələbi ilə məhkəmə iddiası qaldırılıb.
Nəzərinizə çatdıraq ki, ötən gün keçirilən məhkəmə prosesində Sultan Ertuğrul aktyordan şikayətçi olduğunu təkrarlayıb. Onun vəkili isə hadisə nəticəsində zərərçəkmişin psixologiyasının pozulduğunu bildirib.
Qeyd edək ki, müttəhimin müdafiəsini təqdim etməsi üçün, habelə dəlillərin toplanması üçün məhkəmə prosesini təxirə salan hakim şəxsin yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB