Mustafa Cecelinin konsertində nələr yaşandı?

Mustafa Cecelinin konsertində nələr yaşandı?

Türkiyəli müğənni Mustafa Ceceli Heydər Əliyev Sarayında konsert verib. SİA-nın verdiyi xəbərə görə, Mustafadan öncə səhnəyə xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova çıxıb. Onlar gecəyə gələnlərə xoş anlar yaşadıb. Tədbiri idarə etmək aparıcıları şoumen Murad Dadaşov və Nərgiz Cəlilovaya həvalə olunub. Daha sonra tamaşaçılar "Sən azərbaycanlısan" klipini izləyiblər. Mustafa Ceceli səhnəyə çıxıb və ilk olaraq "Es" mahnısını səsləndirib.

Tədbirdə maraqlı anlar yaşanıb. Modelyer Fəxriyyə Xələfova Mustafaya ətir hədiyyə göndərib. Digər yadda qalan hadisə isə Mustafa Ceceli konsert zamanı Azərbaycan xalq mahnısı "Tar kamanım" musiqisini ifa edərək səsi ilə hər kəsi valeh edib.

Nəzərinizə çatdıraq ki, qardaş ölkənin sənətçisini izləmək üçün yerli şou-biznes nümayəndələri də iştirak edib. Onlar arasında müğənnilərdən Səidə Sultan, Günay İbrahimli, Ruhəngiz Allahverdiyeva, Aysel Əlizadə, teleaparıcı Murad Arif və başqaları olub.

Qeyd edək ki, gecənin sonunda Alim Qasımov, Fidan və Xuraman Qasımova bacıları, Zülfiyyə Xanbabayeva və Mustafa Ceceli birlikdə "Sən Azərbaycanlısan" himnini səsləndiriblər. Mahnı oxunarkən hər kəs ayaq üstə qalxaraq, Azərbaycan bayrağını dalğalandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə