Kənan Bayramov: “Səhhətimdə hər şey qaydasındadır" FOTOLAR

Kənan Bayramov: “Səhhətimdə hər şey qaydasındadır" FOTOLAR

Müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov avtomobil qəzası keçirib. SİA-nın verdiyi xəbərə görə, prodüserin "Leksus" markalı maşınının ön hissəsi əzilib.

Məsələ ilə bağlı prodüsserin özü ilə əlaqə yaratdıq. Kənan əməkdaşımıza hazırda yaxşı olduğunu dedi: "Dayandığım yerdə maşınımı vurdular. Hazırda hər şey yaxşıdır. Hadisənin olmağına görə, əfsuslanıram. Ancaq şükürlər olsun ki, özüm yaxşıyam. Səhhətimdə də hər şey qaydasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə