Çingiz məktəb açdı

Müğənni Çingiz Mustafayev uzun müddətdir arzuladığı digər işlə də məşğul olacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı peşəkar flamenko və kunq-fu məktəbi açıb. Çingiz sevincini sosial şəbəkədə paylaşmağı da unutmayıb: "Çoxdandır açmaq istədiyim peşəkar flamenko və kunq-fu məktəbi artıq istifadəyə verildi. Siz də gəlin".

Qeyd edək ki, sözügedən məktəbdə həm rəqs, həm də müxtəlif idman növləri təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə