"Günay konsert zamanı pis vəziyyətə düşdü" FOTOLAR

"Günay konsert zamanı pis vəziyyətə düşdü" FOTOLAR

Müğənni Günay İbrahimlinin yumor ustası Fərda Xudaverdiyevin "Yaşıl Teatr"dakı konsertində donunun qalxmasına görə hələ də söz-söhbətlər davam edir. SİA-nın verdiyi xəbərə görə, Günayın başına gələn hadisəyə müğənni Natəvan Həbibi verilişlərin birində rəy bildirib. O, hadisədə həmkarını qınayıb: "Günay İbrahimlinin konsertdə ətəyinin qalxmasına günahkar özüdür. Xanım geyimini bilməlidir. Açıq havada enli don geyinməməliydi. Günay konsert zamanı pis vəziyyətə düşdü və camaatı özünə güldürdü".

Məsələ ilə bağlı Günay İbrahimlinin prodüseri Sevinclə əlaqə saxladıq. Sevinc bunları dedi: "Günay konsertdə başına gələn hadisə ilə bağlı heç nə danışmaq istəmir. Qaldı ki Natəvan Həbibiyə, ona da cavab verməyi düşünmür. Qalmaqal yaratmaq istəmir".

Bütün xəbərlər Facebook səhifəmizdə