Müğənni İradə İbrahimova Türkiyədə yeni fotosessiya etdirib. SİA-nın verdiyi xəbərə görə, ifaçının yeni fotosessiya etdirməsinə səbəb vizajist Nigar İbrahimova ilə uzun zamandır nəzərdə tutulan Kryolan Akademiyasının açılışına hazırlıqdır. Noyabrın ilk həftəsinə nəzərdə tutulan mərasimdə İradə akademiyanın siması və yaradıcılarından biri olaraq təqdim ediləcək.
Hazırda Türkiyədə olan sənətçi bildirib ki, Kryolanın hər bir çeşidinin reklamına onun siması əks olunacaq. Bu səbəbdən foto çəkilişlər tez-tez yenilənəcək. Açılışa bir sıra tanınmışlar, TV və media işçilərinin qatılacağı nəzərdə tutulub. Xüsusi qonaqlardan biri, Kryolanın Almaniyada 65 illik sahibi Voltoran olacaq.
Nigar İbrahimova da reklamla bağlı açıqlama verərək bunları deyib: "Hazırda bir çox gənc xanımımız var ki, peşəkar vizajist olmağa can atır, amma xaricə gedib oxumağa imkanları yoxdur. Buna görə də qərara gəldik ki, dünyanın məhşur make-up akademiyasını bura gətirək. Həmçinin bölgələrdəki xanımlar üçün imkan yaradacağıq ki, təhsil alıb, yaşadıqları yerdə tələb olunan stilist kimi fəaliyyət göstərsinlər. Bu işin başında İradə İbrahimova dayanır. Onun Azərbaycanda ilk biznesidir. Bu da İradəni Bakıya gətirməyimizin ikinci səbəbi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB