Məhşurlar öz seçimlərini belə etdilər FOTO

Məhşurlar öz seçimlərini belə etdilər FOTO

Bu gün 9 oktyabr Prezident Seçkiləri Günüdür. Bununla bağlı olaraq tanınmış simalar seçki məntəqələrinə üz tutaraq səsvermə yolu ilə öz namizədlərini seçiblər. Onları SİA oxucularına təqdim edirik:

Xalq artisti Brilliant Dadaşova və Əlixan Səmədov: "Biz İstanbulda Əlixanla birlikdə sevimli Prezidentimiz İlham Əliyevə səs verdik".

Xalq artisti Aygün Kazımova: "Bu gün Azərbaycanda Prezident Seçkiləri Günüdür. Mənim seçimim İlham Əliyevdir".

Xalq artisti Faiq Ağayev: xalq artisti Prezident İlham Əliyevi dəstəkləyib.

Teleaparıcı İlkin Həsəni: "Boş-boş vədlərə deyil, görülmüş və görüləcək işlərə səs verək. Güclü və qüdrətli Azərbaycanımız naminə".

Aktyor Anar Heybətov: "Mənim namizədim İlham Əliyevdir".

Müğənni Səbinə Babayeva: "Mən də öz seçimimi etdim".

Müğənni Ceyhun Əliyev: "İlhamla irəli".

Müğənni Ayaz Qasımov: "İlham Əliyevə səs verdim".

Müğənni İlhamə Qasımova: "Mən artıq öz səsimi verdim. Praqada olduğum üçün buradakı məntəqədə namizədimi seçdim".

Müğənni Günay İbrahimli: "Mən də layiqli namizəd olan İlham Əliyevə səs verdim".

Bütün xəbərlər Facebook səhifəmizdə