Rejissor Nail Naiboğlu layihə rəhbəri olduğu və rejissorluq etdiyi "Klip Parad" verilişi haqqında maraqlı açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, Nail hətta müğənnilərə ismarıc da göndərib: "Klip Parad" ın bundan sonra 3 siyahısı olacaq. Biri pulsuz kliplərə görə, digəri kommersiya yolu ilə reklam olunanlar, o biri isə qara siyahıya düşən sənətçilər üçündür. Hələ ki, qara siyahıda heç kimin adı yoxdur. Amma deyəsən, kimlərsə oranı arzulayır. Onlara məsləhət görürəm ki, 1-2 il əvvələ qayıtsınlar. ATV kanalında qadağan olunanda Lider TV "Klip parad" sözügedən sənətçiləri reklam edib. Bunu heç vaxt unutmasınlar. Bu gündən etibarən işlərimə hörmət etməyənləri yaşından asılı olmayaraq, saymayacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB