Xalq artisti kimə görə ağladı?

Xalq artisti Faiq Ağayevin dostu dünyasını dəyişib. SİA-nın verdiyi xəbərə görə, Faiq çox kədərli olduğunu deyib: "Çox üzgünəm. Dərd məni boğur. Hisslərimə hakim ola bilmirəm. Saf, dürüst, ürək dostum, doğmam Vüsaləm əbədiyyətə qovuşdu. Bu itkinin ağırlığını söz ilə başa sala bilmirəm. Tale qarşısında acizik. Tanrıdan dözüm və səbr diləyirəm. Mələyim, Allah sənə rəhmət eləsin. Yerini heç kəs doldura bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə