Roza Zərgərli kimlə işbirliyi edəcək?

Roza Zərgərli kimlə işbirliyi edəcək?

Tanınmış "Üç-Kuduk" özbək qrupun solisti Ziyad İşanxocayev bu yaxınlarda azərbaycanlı müğənni Roza Zərgərli ilə birgə layihə təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, o, Roza ilə ilk tanışlığından da söz açıb: "Mən Roza Zərgərli ilə "Şərq bazarı" müsabiqəsində tanış olmuşam. Biz tez dostlaşdıq və fikirləşdik ki, birgə layihə ilə çıxış edək. Məncə, bu çox maraqlı olardı. Onun əla səs diapazonu var. Əsas yaxşı mahnı seçə bilməkdir. Bunu edə bilsək, son nəticədə möhtəşəm bir layihə ortaya çıxacaq. Ümid edirəm ki, bu ideyanı reallaşdıra biləcəyik".

Qeyd edək ki, "Üç-Kuduk" qrupu müxtəlif layihələrdə iştirak etmək üçün tez-tez Bakıya səfər edir

Bütün xəbərlər Facebook səhifəmizdə