“Sən azərbaycanlısan”

Xalq artisti Zülfiyyə Xanbabayevanın "Sən azərbaycanlısan" adlı mahnısı və klipi Türkiyədə böyük maraqla qarşılanıb. SİA-nın verdiyi xəbərə görə, sənətçinin yeni klipi "Kral" televiziyasında yayımlanmağa başlayıb və ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Nəzərinizə çatdıraq ki, mahnı Prezident İlham Əliyevə həsr olunub.

Qeyd edək ki, "Sən azərbaycanlısan" mahnısının sözləri Cəlal Qurbanova, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə