3 aparıcı bir arada

Bu gün ATV kanalında yeni layihəyə start verilir. SİA-nın verdiyi xəbərə görə, "Qorxma mən səninləyəm" verilişini üç məhşur aparıcının Əkbər Əlizadə, Tünzalə Əliyeva və Ülviyyə Əliyevanın təqdimatında hər həftənin bazar ertəsi, saat 22:00-da izləyə bilərsiniz. Hər həftə gülməli, maraqlı yarış təqdim ediləcək.

Şou-biznesin tanınmış simaları bir-biriləri ilə yarışacaqlar. Verilişdə iki komanda iştirak edəcək. Komandalardan birinə Toppuş bacı, digərinə isə Keyxanım rəhbərlik edəcək. Əkbər isə komandalara müxtəlif tapşırıqlar verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə