Bu gün İlqarənin ad günüdür

Bu gün gənc ifaçı İlqarənin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, müğənninin 23 yaşı tamam olur.

Nəzərinizə çatdıraq ki, sənətçi 1990 –cı ildə oktyabr ayının 7-də Bakıda dünyaya gəlib. O, "Eurovision 2011" mahnı müsabiqəsinə iştirakçı kimi qatılıb.

Qeyd edək ki, İlqarə xalq artisti Aygün Kazımovanın qızıdır. Ad günü münasibətilə ilk olaraq onu anası təbrik edib.

Biz də öz növbəmizdə İlqarəni doğum günü münasibətilə təbrik edir, xoşbəxtlik arzu edirik. Ad gününüz mübarək!

Bütün xəbərlər Facebook səhifəmizdə