Xəbər verdiyimiz kimi, tanınmış simalar Emil Bədəlov və Nazim Məmmədov Həcc ziyarətinə gedib. SİA-nın verdiyi xəbərə görə, sənətçilər oradan şəkillər çəkdirərək sosial şəbəkədə paylaşıblar. Məkkədən görüntülər çəkən Nazim şəklinin altına bu sözləri yazıb: "Foto çəkdirib sosial şəbəkədə paylaşmağıma səbəb istərdim ki, Həcc ziyarətində olmayanlarda gəlsinlər. Eyni zamanda da bu görüntülərin tarixdə qalmasını istəyirəm".
Qeyd edək ki, Nazim və Emil oktyabr ayının sonu Həcc ziyarətindən geri qayıdacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB