Müğənni-bəstəkar Emin sevilən "Amor" mahnısının rus dilində olan versiyasına çəkdirdiyi klipi təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ekran işində də "Kainat gözəli" Oliviya Kalpo çəkilib. Çəkilişlər bu dəfə Moskvada, "Krokus Ekspo"da baş tutub. Klipi ingilis dilində olan versiyanı lentə alan yaradıcı heyət çəkib.
Nəzərinizə çatdıraq ki, Emin Rusiyanın internet portalına müsahibəsində klipini açıq havada çəkməyi planlaşdırsa da soyuq və yağış;n buna imkan vermədiyini vurğulayıb. Müxbirin suallarını cavablandıran Emin mahnını rus dilinə tərcümə etməsinin səbəbini açıqayıb: "Rusiyada bir neçə radio verilişinə qonaq oldum. Mahnını çox bəyəndilər, amma rus dilində olmamasına təəssüfləniblər. Bu da məni düşündürdü. Londondan Moskvaya gələndə bəstəni rus dilinə çevirdim. Düzdür, bəzi çətinliklər oldu, amma nəticə pis alınmayıb. İlk klip sevgidən bəhs edirdi, burada isə hisslərin azaldığı göstərilir".
Eminin yeni klipini sizlərə təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB