Günay Musayevanı kim ağlatdı?

Türkiyədə çalışan model Günay Musayeva Rusiya1 televiziyasından təklif alıb. SİA-nın verdiyi xəbərə görə, model Rusiyanın tanınmış rejissoru Murad Əliyevin dəvət ilə "Türk tranziti" adlı serialda baş rola çəkilir. 8 bölümlük serialda türkiyəli Şahnur obrazını canlandıran Günay artıq Rusiyanın paytaxtı Moskvada baş tutan çəkilişlərin bir hissəsində iştirak edib.

Serial rus yazarı Vladimr Qrinkovun "Türk tranziti" əsərinin motivləri əsasında çəkilir. Ekran işində tanınmış rus kino aktyorları Yanina Studilina, Boris Serbakov, Yulya Melnıkova, Eldar Lebedev, Vladimr Jerebcov, Larisa Kadocinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb.

Nəzərinizə çatdıraq ki, Günay Musayeva Türkiyədə keçirilən kastinqdə 380 aktyor arasından seçilib. Serial rus türk ortaq mafiyasından bəhs edir. Rusiyalı ekiz bacıların mafiya tərəfındən oğurlanaraq Türkiyəyə gətirilməsi və daha sonra onların başına gələn acı hadisələrdən bəhs edir. Şahnur aristokrat bir ailədən gələn gözəl, eyni zamanda qəddar və kinli türk qadınıdır.

Qeyd edək ki, serial gələn ilin ilk ayı Rusiyanın birinci kanalı olan Rossiya1 TV-də yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə