Türkiyədəki möhtəşəm performansları ilə son 1 ayda gündəmdən düşməyən Sevil və Sevinc bacıları "ORadio.az" da "Ulduzlu saat" verilişinin qonağı olub. Canlı efir zamanı Aşıq Tellinin adını unudan əkizlər Roza Zərgərlinin vaxtilə yaratdığı "S Twins" qrupunun zəiflədiyini rahat şəkildə söyləyiblər. Bacılar hazırda prodüsserlərinin hesabına daha çox tanındıqlarını da dilə gətiriblər. Bütün veriliş boyunca bir-biri ilə dalaşan, barışan bacılar: "Lezva mahnısı da ifa etmişik" kimi açıqlamalar da verməkdən çəkinməyiblər.
Onların "O ses Türkiyə" yarışmasından olan təəssüratlarını, hətta Murat Boz haqqında etdikləri etirafıları ORadio.az-da Dj EnigmatiC-in təqdimatında yayımlanan "Ulduzlu saat" verilişini aşağıdakı süjetdə izləyə bilərsiniz.
Qeyd edək ki, "Ulduzlu saat" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB