İradə İbrahimova arzusuna çatdı

Müğənni İradə İbrahimova arzuladığı ideal çəkiyə yenidən sahiblənib. SİA-nın verdiyi xəbərə görə, ana olandan sonra bir qədər kökəldiyini hiss edən xanım sənətçimiz sağlam vasitələrin köməyi ilə bədən ölçüsünü azalda bilib. Sənətçi formada qalmaq üçün mütəmadi idmanla məşğul olur. Qida rasionuda məhdudiyyətlər az olsa da, sənətçimiz gündə bir neçə dəfə, az qida qəbul edir. Eyni zamanda xüsusi arıqladan çaylar içir.

Artıq çəki kompleksindən azad olan sənətçini səhnəyə qayıtmağı da düşünür: "Ailəmlə gözəl günlər yaşayıram, xoşbəxtəm. Çatışmayan səhnədir. Ora da yaxın vaxtlarda qayıdacam. Xoşbəxtliyimə xoşbəxtlik qatacam".

Bütün xəbərlər Facebook səhifəmizdə